Azərbaycan ədəbiyyatında yeni bir cığır açan Sabir əfəndi millətdən ötrü çalışırdı. O gördüyü tənədən, yağış kimi üstünə yağan töhmətdən əsla geri dönməyib öz məsləkində əzmlə davam etdi və sevgili millətinə xidmətdən bir an qafil olmadı.
Sabir əfəndi köhnə şeirlə yeni şeir arasında bir əsrlik uçurum yaratdı.
+ | ! | ? | |
Bilirdim | Bildiklərimə ziddir | Mənim üçün yeni və maraqlı məlumatdır | Bu barədə daha çox bilmək istəyirəm |
Ələkbər qədim mədəniyyət beşiyi olan Şamaxıda dünyaya göz açmışdır. Xırda ticarətlə məşğul olan atası Zeynalabdin onu səkkiz yaşında mollaxanaya qoymuşdur. Üç ilə qədər burada oxuyan Ələkbər on iki yaşına çatanda Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində təhsilini davam etdirmişdir. Müəllim yeni şagirdinin həssas, diqqətli və istedadlı olduğunu dərhal duymuş, ona xüsusi qayğı ilə yanaşmışdır.
Oğlunu tacir görməyi arzulayan ata onu təhsildən ayırıb yanında - dükanda işləməyə məcbur edir. Bir gözü şeirlərini yazdığı dəftərdə olan Ələkbər ticarət işi ilə qətiyyən maraqlanmırdı...