Hüseyn Cavid
(1882-1941)
Hüseyn Cavid nə sələflərinə, nə də xələflərinə bənzəyir. Onun sənətdə öz səsi, öz nəfəsi, öz
dəsti-xətti
vardır. Poeziyada da, dramaturgiyada da nə yazmışdırsa, öz vicdanının pıçıltısı ilə
yazmışdır. Bütün yaradıcılığı boyu Cavid nəyi tərənnüm etmiş,
nəyi axtarmışdır? Qoy bu suala yazıçının özü cavab
versin: "Əsiri olduğum bir şey varsa, o da həqiqət,
yenə həqiqətdir".
Abbas Zamanov
HÜSEYN CAVİDİN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
1.
H.Cavidin həyatı, yaradıcılığı və yaşadığı dövrlə bağlı nə bilirsiniz?
Ədəbiyyat, tarix, coğrafiya dərslərində qazandığınız bilikləri xatırlayın, yığcam
müzakirə aparın.
2.
BİBÖ cədvəlinin “Bilirik” və “Bilmək istəyirik” sütunlarında müvafiq qeydlər edin.
Bilirik
|
Bilmək istəyirik
|
Öyrəndik
|
|
|
|
3.
Kiçik qruplar yaradaraq aşağıdakı tapşırıqları yerinə yetirin:
1.
Mətnkənarı suallarla bağlı cavabları oxuyun, məzmununu ümumiləşdirib bir neçə cümlə
ilə yazın.
Mətnkənarı suallar
|
Onların ümumiləşdirilmiş cavabı
|
|
|
2.
Digər qruplara vermək üçün mətnlə bağlı bir neçə sual
müəyyənləşdirin.
Müəyyənləşdirilmiş suallar
|
Onların cavabı
|
|
|
3.
Təqdimatlar etməklə gəldiyiniz nəticələrlə bağlı məlumat mübadiləsi və müzakirə
aparın. Aşağıdakı fikirlərə münasibət bildirin.
— Hüseyn Cavidin bütün yaradıcılığı ümumbəşəri məsələlərə həsr
edilmişdir. O, məişət təsvirçisi deyil, o, filosof şairdir. (Əziz Şərif)
— Hüseyn Cavidin həyatın mənasını, insanın mənəvi-ruhi aləmini
daim pak və gözəl görməyi arzulaması qüdrətli insan idealının real
aləmdəki fənalıqlara qələbə çalacağına bəslədiyi tükənməz inamını ifadə edir. (Məsud Əlioğlu)
4.
BİBÖ cədvəlinin “Öyrəndik” sütununda müvafiq qeydlər edin.