SƏSLİ QIZ
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualın üzərində düşünün, cavabını cədvəldə qeyd etdikdən
sonra fikir mübadiləsi və müzakirə aparın.
- Müharibə hansı faciələrə səbəb olur?
Haqqında məlumatım olan
müharibələr
|
Onların törətdiyi faciələr
barədə bildiklərim
|
|
|
- Kimlər müharibə qurbanları sayılır?
Kimlərə müharibə qurbanları deyilir? |
|
- Müharibə dövründə mülki əhalinin hansı hüquqları qorunmalıdır?
Müharibə dövründə mülki əhalinin hansı hüquqları var? |
|
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş hissəni
oxuyun.
I
1) Müəyyənləşdirilmiş cütlərdən
biri ilk parçanı ucadan oxuyur və yoldaşının mətnlə bağlı
suallarına cavab verir. Ortaq qərara gəlincəyə qədər cavablar müzakirə olunur.
2) Cütlər rollarını dəyişir: Sual
verən ikinci parçanı ucadan oxuyur, ilk parçanı oxuyan isə
suallar verir. Cütlər ortaq qərara gəlincəyə qədər cavablar
müzakirə edilir.
3) Bütün parçalar bu qayda ilə
oxunub başa çatdırıldıqdan sonra kiçik qruplar yaradılır, hər
parça üzrə səsləndirilmiş suallar və onların cavabları ilə bağlı
fikir mübadiləsi aparılır, çıxarılmış nəticələr müzakirə edilir.
II
- Əsərdə əksini tapmış milli-mənəvi və bəşəri dəyərləri müəyyənləşdirin.
Fikrinizi nümunələrlə əsaslandırın.
Əsərdə əksini tapmış milli-mənəvi və bəşəri
dəyərlər |
Bunları təsdiq edən
nümunələr
|
|
|
I
Oxudum tarixlərdə:
Qan içən bir hökmdar
Bir ölkəni amansız
Eyləmişdir tarimar.
Altı aydan çox sürən
Qanlı bir mühasirə,
Tutulmuşdu çox acı
Basqına birdən-birə:
Yüz minlərlə atılan
Can yağısı oxları
Dişlərilə çeynəyib,
Sərilmişdi çoxları.
Doğranmış əllərində
Qırıq qılınc qəbzəsi,
Boğulmuşdu köysündə
İgidlərin son səsi.
Yurdunu verməyənlər
Doğranmışdı xınchaxınc.
Tökülmüşdü yerlərə
Dağ kimi qalxan, qılınc.
O yanda qanlı gövdə,
Bu yanda gövdəsiz baş...
Yüz minlərlə qız-qadın
Dağılmışdı düzlərə.
Ölüm rəngi çökmüşdü
Saralan üz-gözlərə,
Cənnət kimi bir ölkə
Məzarlığa dönmüşdü.
Bir çox evlər yıxılıb,
Xanimanlar sönmüşdü.
İşlənməmiş qalmadı
Bir cinayət, bir günah.
Əzmişdi insanlığı
Ordusuyla padişah.
Haqsızlıq oldu qanun,
Yıxıldı xanimanlar...
Əsgərsiz komandalar
Qırıb atdı yayını.
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.
Gülmək zatən yox idi,
Ağlamaq oldu yasaq.
Zavallı məğlub ölkə
Sənə nə hüquq, nə haqq!..