Cəfər Cabbarlı
(1899-1934)
Cəfər Cabbarlı dramaturgiya sahəsində bizim hamımızın böyük
müəllimi olmuşdur.
Müasir mövzu, müasir insan Cəfər Cabbarlı sənətinin çarpan
ürəyi idi.
Səməd Vurğun
CƏFƏR CABBARLININ HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
1.
C.Cabbarlı haqqında bildiklərinizi yada salıb yığcam müzakirə
aparın.
2.
Mətni fərdi olaraq oxuyun, məlumatları aşağıdakı işarələrlə
nişanlayıb qruplaşdırın:
+ tanış
olan məlumatlar;
əvvəl öyrənilmiş bilik və məlumatlara zidd olanlar;
! maraqlı
və yeni olan məlumatlar;
?
açıqlanmasına, daha əhatəli öyrənilməsinə ehtiyac duyulan
məlumatlar.
3.
Gəldiyiniz nəticəni aşağıdakı cədvəldə qısaca yazın.
+ |
|
! |
? |
Bilirdim |
Bildiklərimə ziddir |
Mənim üçün yeni və maraqlı məlumatdır |
Bu barədə daha çox bilmək istəyirəm |
|
|
|
|
4.
Kiçik qruplarda birləşərək fikir mübadiləsi və müzakirə
aparın.
“Bu barədə daha çox bilmək istəyirəm” qrafasındakı qeydlərə
əsasən əlavə öyrənilməsinə ehtiyac duyulan məsələləri bəndlər
şəklində yazın.
Bakının yaxınlığındakı Xızıda - Qafar Cabbar oğlunun ailəsində
dünyaya göz açan Cəfər kiçik yaşlarından şəhərdə yaşamalı olmuşdur.
C.Cabbarlının uşaqlığı, gəncliyi və yaradıcılığının ilk dövrü
üçün daha mühüm sayıla bilən məqamlar han- sılardır?
Qafar kişinin ölümündən sonra ailənin bütün ağırlığını ana çəkməli
oldu. Cəfəri təhsilli görməyi arzulayan Şahbikə ana onu əvvəl
məhəllə mollasının yanına, az sonra isə mollaxanaya göndərmişdir.
Daha sonra rus-tatar məktəbini bitirən Cəfər Ali İbtidai Məktəbdə
təhsilini davam etdirmişdir. Bu məktəbdəki təhsilini o, 1915-ci
ildə başa vurmuş, Bakı Sənaye Məktəbinə daxil olmuşdur.