Səməd Vurğun
(1906-1956)
Şairin yaradıcılığı xalqımızın keçmişini, bu gününü və
gələcəyini əks etdirən nəhəng güzgüyə bənzəyir. Bu güzgüdə
xalqın sevinci də, kədəri də, düşüncəsi də, həyatı da, folkloru
da müəyyən ölçüdə öz əksini tapmışdır.
Bəxtiyar Vahabzadə
SƏMƏD VURĞUNUN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
1.
S.Vurğun haqqında bildiklərinizi yada salıb yığcam müzakirə
aparın. Bildiklərinizi BİBÖ cədvəlinin birinci sütununda (Bilirik)
yazın. Şairin həyatı və yaradıcılığı barədə sizi maraqlandıran
sualları, öyrənmək istədiklərinizi müzakirənin gedişində
cədvəlin ikinci sütununda (Bilmək istəyirik) qeyd edin.
2.
Mətnkənarı sualları və onların cavablarını göstərilən qaydaya
əməl etməklə oxuyun: kiçik qruplara ayrılın, hər bir sualla bağlı
(qrupların sayı çox olarsa, iki qrup eyni bir sualın üzərində işləyə
bilər) mətni oxuyun.
3.
Təqdimatlar etməklə öyrəndikləriniz və araşdırılmasına ehtiyac
duyduğunuz məsələlər barədə fikir mübadiləsi və müzakirə aparın. Cədvəlin üçüncü
sütununda (Öyrəndik) qeyd edin.
4.
Araşdırılmasını, zənginləşdirilməsini vacib saydığınız məsələləri
bəndlər şəklində yazın.
Səməd Vurğun Qazax mahalında tanınmış
nəsildən olan ailədə dünyaya gəlmişdir. Atası
Yusif ağa müflisləşmiş bəy olsa da, sayılan
adamlardan idi. Anasını altı yaşında itirən Səmədin qayğısına nənəsi Ayişə xanım qalır. Ana nəvazişindən məhrum
S.Vurğunun uşaqlığı, gəncliyi və
yaradıcılığının ilk dövrü üçün
önəmli olanlar nədir?
olan,
ailənin maddi sıxıntısını daim hiss edən həssas Səmədin qəlbində dərin kədər
kök salmışdı. Bunu şair ömrü boyu unutmamışdır:
Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
O bayram günündə anamı ağlar
Görəndə, üstümdən bir çovğun əsdi...