Sinifdə öyrəndiklərinizi, araşdırılmasına ehtiyac duyduğunuz
məsələləri göstərilən mənbələrdən topladığınız məlumat
əsasında zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını
da əhatə etməyə çalışın.
a) S.Vurğunun lirik şeirlərini mövzu
baxımından qruplaşdırın. Hər qrupun özəlliyini müəyyənləşdirin.
b) Şairin poemalarını mövzu
baxımından qruplaşdırın. Hər qrupun özəlliyini müəyyənləşdirin.
3.
Yazılı qeydlər əsasında təqdimata hazırlaşın.
4.
Mövzulardan birini seçib işləyin:
a) "S.Vurğunun dramaturgiyası”
mövzusunda məruzə yazın.
b) "S.Vurğunun ictimai fəaliyyəti”
mövzusunda yığcam məqalə yazın.
• MƏNBƏLƏR
1.
S.Vurğun. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005. səh. 5-7,
10-11.
VAQİF (ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavabları cədvəldə qeyd etdikdən
sonra fikir mübadiləsi və müzakirə aparın.
- Həqiqi sənətkarın - şair və yazıçının xalqa bağlılığı, sizcə,
özünü nədə göstərməlidir?
Həqiqi xalq sənətkarının xalqın həyatı və taleyi ilə
bağlılığını nədə görürəm?
- Ədəbi qəhrəman kimi hansı yazıçı və şair obrazı ilə
tanışsınız?
Tanış olduğum şair
və yazıçı obrazları
Onların xarakter və əməllərində diqqətimi
cəlb edənlər
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı
oxuyun:
I
1.
Əsərdən bir səhifə həcmində rollar üzrə oxunur.
2.
Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar
verir. Cavablar cütləri qane etməsə, digər şagirdlərin
cavabları dinlənilir, bu, ortaq məxrəcə gəlincəyə qədər davam
edir.
3.
Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin
oxusu da bu qayda ilə davam etdirilir.
4.
Nəzərdə tutulan parçanın oxusu başa çatdıqdan sonra seçilmiş
hissələrin məzmununu bir neçə şagird yığcam nağıl edir.
• Unutmayın:
Suallar əsərdəki əsas fikirlərin aydınlaşdırılmasına, faktların dəqiqləşdirilməsinə, nəticələrin çıxarılmasına imkan yaratmalıdır.
II
Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə danışmağa imkan verir?