İnternet xidməti (Internet Services) dedikdə İnternet
istifadəçilərinə xidmət göstərən müxtəlif sistemlər (elektron
poçt, WWW, telekonfrans və s.) nəzərdə tutulur.
İnternetin tarixində çoxlu sayda
müxtəlif xidmətlər (servislər) olmuşdur ki,
onlardan
bəziləri artıq istifadədən çıxmışdır,
bəziləri tədricən öz populyarlığını itirir,
başqa bir hissəsi isə öz çiçəklənmə
dövrünü yaşayır. Aşağı siniflərdə bu
xidmətlərin bəziləri ilə ümumi şəkildə,
bir neçəsi ilə daha ətraflı tanış olmusunuz.
• Sizcə, ünsiyyət üçün
insanlar bu gün hansı
İnternet xidmətindən
daha çox istifadə edirlər?
FƏALİYYƏT
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün "İnformatika" dərsliyindəki "İnternet xidmətləri" və 9-cu
sinif dərsliyindəki "İnternetdə ünvanlama" mövzularında öyrəndiklərinizi
yadınıza salın. (Dərsliklərin elektron versiyasını "Tədris resurslarının idarə olunmasının
məlumat sistemi"dən -
trims.edu.az saytından kompüterinizə yükləyə
bilərsiniz.) Mətn
redaktorunda belə bir cədvəl hazırlayın və onun boş xanalarına hər bir xidmət haqqında
qısa məlumat yazın.
Xidmətin adı
|
Təyinatı
|
WWW
|
|
Elektron poç
|
|
Telnet
|
|
Telekonfrans
|
|
FTP
|
|
IRC
|
|
IP-Phone
|
|
DNS
|
|
- Hansı xidmətlər "onlayn", hansı xidmətlər isə "oflayn" kateqoriyasına aiddir?
- Onları "kommunikasiya xidmətləri" və "informasiya xidmətləri" olmaqla necə qruplaşdırardınız?
Yuxarıda adları sadalanan xidmətlər standart xidmətlər kateqoriyasına aiddir. Bu o deməkdir ki,
onların müştəri və server proqram təminatının qurulma prinsipləri, eləcə də qarşılıqlı əlaqə protokolları
beynəlxalq standartlara əsaslanır. Ancaq bu standart
xidmətlərlə yanaşı, istifadəçilərin özləri tərəfindən
Açar
sözlər
• İntemet xidməti
• Bloq
• Bloqçu
• Veb-forum
• Sosial şəbəkə