1.1
İNFORMASİYA SİSTEMİ VƏ ONUN ELEMENTLƏRİ
• "Sistem" sözündən istifadə
etməklə hərbir şəkli necə adlandırmaq olar?
• "Sistem" sözünə daha hansı
söz birləşmələrində rast gəlmişsiniz?
y =
16 - (x - 3) 2
a(x - 8) = y - 4.
FƏALİYYƏT
Belə bir cədvəl hazırlayın və verilmiş sistemlər haqqında
düşüncələrinizi cədvəlin uyğun xanalarında qeyd edin.
Sistemin adı |
Elementlər |
Elementlər arasında əlaqə
|
Günəş sistemi |
|
|
Kimyəvi elementlərin dövri sistemi |
|
|
Onluq say sistemi |
|
|
Verilənlər bazasının
idarəolunması sistemi (VBİS)
|
|
|
- Bu sistemlərdən ən çox elementi olan hansıdır?
- Onluq say sisteminin elementləri arasındakı əlaqəni ikilik say
sisteminə də şamil etmək olarmı?
"Sistem" termini qədim yunan dilində "hissələrdən ibarət tam",
"birləşmə" mənalarını verən "sistema" sözündəndir. Nəyinsə böyük,
mürəkkəb, ilk baxışda aydın olmadığını, eyni zamanda bütöv, tam
olduğunu göstərmək lazım gəldikdə bu termindən istifadə edilir.
Gündəlik təcrübədə "sistem" sözünə müxtəlif mənalarda rast gəlinir:
"Günəş sistemi", "Kimyəvi elementlərin dövri sistemi", "Onluq say
sistemi", "Siyasi sistem", "Axtarış sistemi", "Əməliyyat sistemi" və
s.
Hər bir sistem elementlərdən ibarətdir və bu elementlər arasında
qarşılıqlı əlaqələr mövcuddur. Sistemi təşkil edən elementlər
istənilən sayda ola bilər. Detallardan ibarət olan texniki qurğu,
hüceyrələrdən təşkil olunmuş canlı orqanizm, insan kollektivi, hər
hansı müəssisə, dövlətin özü - bunların hər biri ayrıca bir
sistemdir. Müəllim və şagirdlərin olduğu sinif otağı da sistemdir,
hər bir şagirdin özü ayrılıqda bir sistemdir, sinif otağındakı
avadanlıqlar sistemdir.