ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLAR
1. Hansı mühakimələr doğrudur?
a) OSI modeli hər birinin öz funksiyası olan 4 səviyyəli şaquli struktura malikdir.
b) Nəqliyyat səviyyəsində göndərən kompüterdə böyük verilənlər blokları daha
kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla alan kompüterə göndərilir. Alan
kompüterdə paketlər yenidən ilkin verilənlər bloklan şəklində yığılır.
c) Ethernet arxitekturasında verilənlər koaksial kabellər vasitəsilə ötürülür.
d) Fast Ethernet standartında verilənlərin ötürülmə sürəti 100 Mbit/san-dir.
e) Simsiz şəbəkələrdə kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlaır.
f) Açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir məsafəsi təxminən
500 m, qapalı yerdə isə 1000 metrdir.
g) Mobil rabitə hücrəsəl rabitənin bir növüdür.
h) Bloqlarda yazılar tərs xronoloji ardıcıllıqla çeşidlənir, yəni son yazı ən yuxanda
olur.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a) Şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcıllığını tənzimləyən qaydalar və
prosedurlar toplusu ___ adlanır.
b) Nəqliyyat səviyyəsi ___ prosesini başa çatdınr.
c) Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün zəruri olan ___ , __
və ___ toplusu nəzərdə tutulur.
d) Ethernet arxitekturasında şəbəkənin maksimal uzunluğu ___ ola bilər.
e) ___ qurulmasında çox zaman Bluetooth texnologiyasından istifadə olunur
f) OSI modelinin ___ , ___ və __ səviyyələri TCP/IP modelində tətbiqi proqram adı
ilə bir səviyyədə birləşdirilib.
g) Hücrəsəl sistemin əsas elementləri bunlardır:__ , __ və __ .
h) Hücrəsəl şəbəkə abonentinin yığdığı nömrəyə uyğun olaraq başqa abonent ilə
bağlantı qurulması funksiyasını __ həyata keçirir.
3. Bloq ilə adi gündəlik arasında hansı fərq var?
4. Veb-forumlarda hansı mövzular müzakirə oluna bilər?
5. Amazon.com hansı İnternet xidməti sahəsində fəaliyyət göstərir?