5.4
İSTİFADƏÇİ HESABLARI VƏ AİLƏ TƏHLÜKƏSİZLİYİ
Windows çoxistifadəçili əməliyyat sistemi olduğundan, təbii ki,
istifadəçiləri bir-birindən ayırmaq üçün onların hər birinin sistemdə
ayrıca qeydiyyat yazısı -
istifadəçi hesabı (user account)
olmalıdır əməliyyat sisteminin interfeysi həmin istifadəçiyə məxsus
görünüş alır.
Hər bir istifadəçiyə uyğun Windows-un iş masası, baş menyusu
açılır və yalnız onun üçün quraşdırılmış proqramlar, yaradılmış
fayllar əlçatan olur. Qeydiyyatdan keçmiş istifadəçi başqa
istifadəçilərin yaratdıqları fayllara baxa bilmir.
FƏALİYYƏT
Reset düyməsini basmaqla kompüterinizi
yenidən yükləyin, yaxud onu söndürüb-yandırın. Ekranda açılan və sizin
"işə qarışmağınızı" istəyən ilk forma istifadəçinin tanıdılması
forması olacaq.
- Neçə istifadəçi hesabı var və əgər bir neçə hesab varsa, sizcə,
onlar arasında fərq nədədir?
Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan
verir: inzibatçı və ya
administrator (
Administrator ), adi
istifadəçi (Standard
) və qonaq (Guest
). Kompüter işə salındıqdan sonra sizin müdaxilənizin tələb olunduğu
forma -istifadəçinin tanıdılması forması açılır. Bu formada sistemin
bütün istifadəçilərinin hesabları əks olunur.