1. Hansı mühakimələr doğrudur?
a) Programs bölümünün köməyi ilə quraşdırılmış proqramları, eləcə də əməliyyat
sisteminin özünün bəzi komponentlərini uzaqlaşdırmaq və ya dəyişdirmək olar.
b) Tarixin, zamanın, saat qurşağının, eləcə də sistemdə istifadə olunan dilin və regional
standartların quraşdırılması İdarəetmə panelinin Clock, Language, and Region bölümdə
aparılır.
c) İstifadəçilərin hesablarının köklənməsi, onların uzaqlaşdırılması, yeni hesabların əlavə
edilməsi, eləcə də valideyn nəzarətinin quraşırılması İdarəetmə panelinin Görünüş və
fərdiləşdirmə (Appearance and Personalization) bölümündə həyata keçirilir.
d) Windows əməliyyat sisteminin müxtəlif hadisələrə, hərəkətlərə bağladığı səslər MP3
formatında olmalıdır.
e) Administrator kompüteri bütövlükdə idarə edir, başqa insanların ondan istifadə
etməsinə icazə verir və ya qadağa qoyur.
f) Uyuma rejimində verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən
kəsilir.
g) Tanınma kodu avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır
və sonradan dəyişmir.
h) Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol
generasiya edir.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a) Windows əməliyyat sistemini və onun elementlərini kökləmək üçün ___ adlandırılan
xüsusi alət vardır.
b) Sisteminin elektrik enerjisinə qənaət parametrlərinin köklənməsi və optik disklərin
avtomatik başladılması parametrlərinin dəyişdirilməsi İdarəetmə panelinin ___
bölümündə aparılır.
c) Səs informasiyasını kompüterə daxil etmək üçün ___ istifadə olunur.
d) __ səsi yüksəldərək çıxışa verir, kompüterdəki verilənlərin ikilik koddan səsə
çevrilməsini isə ___ yerinə yetirir.
e) Windows əməliyyat sistemi üç növ istifadəçi hesabı yaratmağa imkan verir: ___ ,___
və ___.
f) ___ rejimində sistem tamamilə söndürülür, bütün saxlanmamış verilənlər itirilir. İşə
başlamaq üçün sistem yenidən yüklənməlidir.
g) ___ proqramları İnternetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri
məsafədən idarə etməyə imkan verir.
h) TeamViewer proqramının uzaqdan idarəetmə rejimi ilə yanaşı ___ ,___,___kimi iş
rejimləri də vardır.
3. TeamViewer proqramı kompüterlər və mobil qurğuları nəyə görə tanıyır
(identifikasiya edir)?