• Sizcə, saytlar hansı məqsədlə yaradılır?
FƏALİYYƏT
Ötən tədris ilində veb-layihənin mərhələləri, bu il isə layihə və onun mərhələləri ilə tanış
oldunuz. Hər iki bölgünü müqayisə edin.
Layihənin mərhələlər
|
Veb-layihənin mərhələlər
|
Başlatma
|
Layihələndirmə |
Planlaşdırma
|
Dizaynın hazırlanması |
İcraetmə
|
Səhifələrin maketlərinin qurulması |
Bitirmə
|
Servislərin proqramlaşdırılması |
Nəzarət
|
Saytın nəşri
|
|
Layihənin müşayiəti
|
- Soldakı sütunda verilmiş hər bir mərhələyə sağdakı hansı mərhələlər uyğundur?
Ötən il siz veb-saytların hazırlanması mərhələləri ilə qısaca tanış olmuşsunuz. Ancaq
nəzərə almaq lazımdır ki, başqa layihələr kimi veb-layihələrin də bu cür mərhələlərə
bölgüsü şərtidir. Yəni mərhələləri başqa cür də müəyyənləşdirmək olar, məsələn:
1. Saytın mövzusunun, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi;
2. Saytın strukturunun layihələndirilməsi, bölümlərin və səhifələrarası
əlaqələrin müəyyənləşdirilməsi;
3. Saytın dizaynının, yəni səhifələrin tərtibat üslubunun
işlənib-hazırlanması;
4. Veb-səhifələrdə yerləşdiriləcək materialların (mətn və qrafikaların)
hazırlanması;
5. Saytın səhifələrinin qurulması, yəni HTML-kodunun yaradılması;
6. Saytın şəbəkədə yerləşdirilməsi (nəşri) və testlənməsi.