ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLAR
1. Hansı mühakimələr doğrudur?
a) Sadə veb-səhifələr
yaratmaq və ya mövcud sənədi veb-formata çevirmək üçün Microsoft
Word proqramından istifadə etmək olar.
b) Saytın mövzusunu, məqsəd və vəzifələrini müəyyənləşdirməzdən öncə onun
dizaynını, yəni səhifələrin tərtibat üslubunu işləyib-hazırlamaq lazımdır.
c)Veb-sayt layihəsinin son mərhələsi saytın şəbəkədə yerləşdirilməsi (nəşri) və
testlənməsidir.
d) Veb-sayt mütləq provayderin veb-serverində yerləşdirilməlidir.
e) Saytın yerləşdirildiyi kompüter daim işlək vəziyyətdə qalmalı və İnternetə
bağlı olmalıdır.
f) Bir veb-serverdə yalnız bir sayt yerləşdirmək olar.
g) Hostinq xidmətinə görə sayt sahibindən heç bir ödəniş tələb olunmur.
h) İstər orijinal olsun, istərsə də başqa mənbədən götürülsün, saytdakı
informasiyanın mənbəyi aydın göstərilməlidir.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a) Veb-sayt layihəsinin
işlənib-hazırlanmasına onun ___ modelinin qurulmasından
başlanılır.
b) Word proqramında hazırlanmış sənədi veb-səhifə kimi saxladıqda həmin
sənəd_çevrilir.
c) ___ brauzerində açılmış veb-səhifədən cədvəllər Excel-ə daha yaxşı idxal
olunur.
d) PowerPoint təqdimatının hər bir_ ayrıca veb-səhifə kimi saxlanıla bilər.
e) Sayt yaradıldıqdan sonra onu veb-serverdə_ lazımdır.
f) Veb-serverin administratoru__adlandırılan kompüterdə eyniadlı proqramı
başladır və kökləyir. Sonra saytını serverdə nəşr etdirmək istəyən istifadəçinin
sorğusu əsasında bu sayt üçün__ yaradır. İstifadəçi___ adlandırılan xüsusi
proqram vasitəsilə FTP-serverə qoşulur və yeni yaradılmış kök qovluğa öz
saytının fayllarını göndərir.
g) ___ olması veb-saytdakı informasiyanın yenilənmədiyinə dəlalət edir.
h) Saytda hərəkət etmək üçün səhifədəki_ istifadə olunur.
3. "Ölü istinad" nədir və saytda onun olması nəyin
göstəricisidir?
4. "Tam domen adı" ilə "domen adı" arasında fərq varmı?
5. Domen adlarının IP-ünvanlara çevrilməsi harada baş verir?