E
MƏNTİQİ MƏSƏLƏLƏRİN HƏLLİ
Çoxlu sayda çeşidli məntiqi məsələlər olsa da, onların həll yollan da az deyil. Ancaq
məntiqi məsələlərin həlli üçün aşağdakı üç üsul daha geniş yayılıb:
• məntiq cəbri vasitəsilə;
• cədvəl;
• mühakimələrin köməyi ilə.
İndi bu üsullardan birincisi - məntiqi məsələlərin məntiq cəbri vasitəsilə həll üsulu
ilə tanış olaq.
Adətən, aşağıdakı həll sxemindən istifadə olunur:
1. Məsələnin şərti araşdırılır.
2. Məntiqi mülahizələr üçün işarələmə sistemi daxil edilir.
3. Məsələnin şərtindəki bütün mülahizələr arasındakı əlaqələri təsvir edən
məntiqi düstur qurulur.
4. Bu məntiqi düsturun doğruluq qiymətləri müəyyən olunur.
5. Düsturun alınmış doğruluq qiymətlərindən verilmiş məntiqi
mülahizələrin doğruluq qiymətləri müəyyənləşdirilir və onların da
əsasında məsələnin həlli haqqında nəticə çıxarılır.
Məsələ 1.
Bir macəra həvəskarı bort kompüteri (on-board computer) ilə
təchiz
olunmuş yaxtada dövr-aləm səyahətinə çıxdı. Kompüterin çox zaman üç
blokunun (a, b, c) sıradan çıxması
haqqında onu xəbərdar etdilər və
əvəz etmək üçün zəruri detalları
verdilər. Məhz hansı blokun əvəz
ediləcəyini idarəetmə panelindəki
siqnal lampalarına görə bilmək
olar. Lampalar da üç ədəddir:
x,y və z.
Nasaz bəndləri aşkarlamaq üçün təlimat belədir:
1. Əgər kompüterin, heç olmasa, bir bloku nasazdırsa, onda x,y, z
lampalarından ən azı biri yanır.
2. Əgər a bloku nasazdırsa və c bloku sazdırsa, onda y lampası yanır.
3. Əgər c bloku nasazdırsa və b bloku sazdırsa, onda y lampası yanır,
ancaq x lampası yanmır.
4. Əgər b bloku nasazdırsa və c bloku sazdırsa, onda x və y lampaları
yanır, yaxud x lampası yanmır.
5. Əgər x lampası yanırsa və bu zaman ya a bloku nasazdırsa, ya a, b,c
bəndlərinin hər üçü sazdırsa, onday lampası da yanır.