3
İNFORMASİYANIN KODLAŞDIRILMASI VƏ MİQDARININ
ÖLÇÜLMƏSİ
1.
İnformasiyanın kodlaşdırılma səbəbləri ilə bağlı hansı fikirlər doğrudur?
1) başqalarından gizlətmək;
2) həcmini qısaltmaq;
3) bir təqdimetmə formasının başqasından üstünlüyünü nümayiş etdirmək;
4) daha asan emal etmək və ötürmək;
5) bir təqdimetmə formasından başqasına keçmək.
A) 1, 3, 4
D) 1, 3, 5
B) 1, 2, 4
E) 1, 2, 3, 5
C) 1, 2, 4, 5
2.
8 bit vasitəsilə cəmi neçə simvol kodlaşdırmaq olar?
A) 3
D) 256
B) 8
E) 65536
C) 64
3.
“e” hərfinin ASCII kodlaşdırma cədvəlində onluq kodu 101-dir. “file”
sözünə hansı onluq kodlar ardıcıllığı uyğun olacaq?
A) 102 97 121 108
D) 70 83 86 79
B) 102 105 108 101
E) 101 104 107 100
C) 70 83 86 79
4.
ASCII cədvəlinə görə BASIC sözünün onluq kodlar ardıcıllığı belədir:
66 65 83 73 67. Bu söz kiçik hərflərlə yazılarsa, ona hansı onluq kodlar
ardıcıllığı uyğun olacaq?
A) 67 66 84 74 68
D) 92 91 109 99 93
B) 67 66 84 74 75
E) 98 97 115 105 99
C) 98 97 114 105 99
5.
Monitorda istənilən rəng hansı üç əsas rəngin qarışığından alınır?
A) abı, sarı, sırğaçiçəyi
C) göy, sarı, yaşıl
E) mavi, sarı, sırğaçiçəyi
B) qırmızı, sarı, yaşıl
D) qırmızı, göy, yaşıl
6.
CMYK palitrasının əsas rəngləri hansıdır?
A) qırmızı, göy, yaşıl
C) göy, sarı, yaşıl
E) abı, sarı, sırğaçiçəy
B) qırmızı, sarı, yaşıl
D) mavi, sarı, sırğaçiçəyi
7.
256 rəngli görüntünün ölçüsü 1024 x 640 pikseldir. Qrafik faylın həcmini
hesablayın.
A) 1024 Kbayt
D) 128 Kbayt
B) 640 Kbayt
E) 64 Kbayt
C) 256 Kbayt