5
KOMPÜTERİN APARATI VƏ PROQRAM TƏMİNATI
1. Kompüter aparat təminatı dedikdə nə nəzərdə tutulur?
A) kompüterin təməl və periferiya (çevrəsəl) qurğularının toplusu
B) kompüterin periferiya qurğuları
C) kompüterin giriş-çıxış qurğuları
D) kompüterdəki bütün proqramların toplusu
E) kompüterdəki bütün proqramların və verilənlərin toplusu
2. Bunlardan hansı fərdi kompüter növü deyil?
A) masaüstü kompüter
B) dizüstü kompüter
C) ovuciçi kompüter
D) minikompüter
E) planşet kompüter
3. Kompüterin periferiya (çevrəsəl) qurğuları hansı funksiyanı yerinə
yetirir?
A) informasiyanın girişi və çıxışı
B) informasiyanın saxlanması
C) informasiyanın emalı
D) kompüterin işinin idarə edilməsi
E) hesab əməllərinin yerinə yetirilməsi
4. Skanerin çözümlülüyünün ölçü vahidi nədir?
A) ekranın nöqtələri arasındakı məsafə
B) matrisdəki piksellərin sayı
C) bir düymdəki nöqtələrin sayı
D) bir saniyədəki simvolların sayı
E) bir saniyədə yerinə yetirilən əməliyyatların sayı
5. <Backspace> klavişi nə edir?
A) kursoru sətrin başlanğıcına aparır
B) kursoru sətrin sonuna aparır
C) kursorun sağındakı simvolu uzaqlaşdırır
D) kursorun solundakı simvolu uzaqlaşdırır
E) son yerinə yetirilmiş əməliyyatı ləğv edir
6. Ekranın çözümlülüyü nəyi ifadə edir?
A) ekranın nöqtələri arasındakı məsafə
B) ekranın diaqonalının uzunluğu
C) ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı
D) bir saniyədə ekrana çıxan simvolların sayı
E) ekrandakı görüntünün yenilənmə sürəti