Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması
məqsədilə araşdırmalar etmək, məsləhətlər vermək, qərarlar,
rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə
təcrübəli ixtisaslı mütəxəssislər -
ekspertlər (experts)
dəvət olunur. (Latın dilində
"expertus" sözü
"təcrübəli" deməkdir.)
Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək
qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini
tətbiq edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə,
həmin sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi
mühakimə yürütmək qabiliyyətinə malik olmalıdır.
• Sizcə, daha çox hansı
sahələrdə ekspertlərdən istifadə edilir?
• "Ekspertiza" nə deməkdir?
FƏALİYYƏT
Cədvəlin boş xanalarında hansı faktlar, qaydalar və ya nəticə
olmalıdır?
№ |
Fakt (bilik) |
Qayda |
Nəticə |
1 |
Sokrat insandır.
|
Bütün insanlar ölməyə
məhkumdur.
|
|
2 |
Leyla Sevincin qızıdır.
Sevinc Nigarın qızıdır.
|
Əgər A B-nin övladıdırsa
və B C-nin övladıdırsa, onda A C-nin nəvəsidir.
|
|
3 |
a ədədi 2-dən böyük
sadə ədəddir.
|
|
a ədədi 2-yə
bölünmür.
|
4 |
|
Mühakimənin inkarının
inkarı onun özüdür.
|
Ayı yırtıcı heyvandır. |
- İkinci mühakimədə hansı qayda çatışmır?
- 4-cü sətirdəki qayda məntiq elmində necə adlanır?
İntellektual informasiya sistemlərinin növlərindən biri də ekspert
sistemləridir (expert systems). Bu növ proqramlar müəyyən faktlara
və tətbiq olunduğu sahənin (maliyyə, tibb və s.) ekspertləri
tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır. Ekspert
sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən,
tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən
sistemlərdir.
Açar
sözlər
• Ekspert sistemləri
• Biliklər bazası
• Məntiqi nəticəçıxarma
mexanizmi
• Açıqlama modulu
• Bulanıq məntiq
• LISP
• Prolog
Yuxarıda qeyd
edildiyi kimi, ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktoqrafik
biliklərinə və mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar. Ekspert sistemlərində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilir: biliklər bazası və məntiqi nəticəçıxarma mexanizmi.