İnternetdə istənilən mövzuda informasiya tapmaq mümkündür. Lakin
informasiya həddindən artıq çox olduğundan lazımi materialları
oradan tapmaq bəzən çox çətin olur. Bununla belə, yaşadığımız
dövrdə informasiya gündən-günə daha sürətlə artdığından hər
hansı mövzu üzrə səmərəli axtarış aparmaq çətin məsələyə
çevrilir. Ona görə də İnternetdə uğurlu axtanş aparmaq üçün
əlverişli vasitələrin olması çox vacibdir. Belə bir vasitə
axtarış sistemləridir.
• İnternetdə axtarış aparmaq
üçün hansı
axtarış sistemindən istifadə edirsiniz?
• Sizcə, axtarış sistemi
dünyanın müxtəlif
nöqtələrindəki serverlərdə yerləşdirilmiş saytları sürətlə necə
tapır?
FƏALİYYƏT
Aşağıdakı mövzular üzrə məlumat axtarmaq üçün istədiyiniz axtarış
sistemindən istifadə edin:
• sevimli müğənniniz, yaxud musiqi
qrupu;
• Azərbaycan tarixi haqqında müəyyən
faktlar;
• yay tətilini keçirmək üçün
Türkiyənin ən yaxşı istirahət yerləri.
- Hansı axtarış sistemindən istifadə etdiniz və nə üçün bu axtarış
sistemini seçdiniz?
- Axtarış nəticəsində neçə sayt tapıldı? Axtarış sahəsini necə
"daralda" bilərsiniz?
Axtarış sistemi (search engine)
müəyyən bir proqramdır. İnternetdə yüzlərlə axtarış sistemləri
vardır. Bu axtarış sistemlərinin işində kiçik fərqlər olsa da,
onların əksəriyyətini ümumi xüsusiyyətlər birləşdirir; məsələn, bu
sistemlərin hamısı axtarışı açar
sözlərə (keywords) görə
həyata keçirir.
Bəs axtarış sistemi necə işləyir? Hər bir axtarış sistemi üç əsas
hissədən ibarətdir:
1)
Axtarış sisteminin proqramı onun əsas hissəsidir. Bu proqram verilənlər
bazasında saxlanılan milyonlarla yazının arasında axtarış aparır.
2)
İkinci hissə hörumçək (spider), yaxud soxulcandır (crawler). Hörümçək
açar sözlərə görə İnternetdə axtarış aparır və tapdığı səhifələri axtarış
sisteminə verir. Onun "hörümçək", yaxud "soxulcan" adlandırılmasına
səbəb Veb-də aramsız “sürünməsi”, veb-saytları yoxlaması və istinadları
tapması ilə bağlıdır. Yeni dəyişiklikləri nəzərə almaq üçün hörümçək, yaxud
soxulcan tez-tez əvvəllər baxmış olduğu veb-saytlara yenidən “girə” bilər.
3)
Axtarış sisteminin üçüncü hissəsi indeksləyicidir. Hörümçək veb-səhifəni
tapan kimi onu indeksləyiciyə təqdim edir. Veb-səhifə indeksləndikdən
sonra o bu axtarış sisteminin hər bir istifadəsi zamanı “göz qabağında”
olacaq.