2.3
STATİSTİK VERİLƏNLƏR ƏSASINDA PROSESİN MODELLƏŞDİRİLMƏSİ
• Hansı proseslərin riyazi
modeli kimi
y = kx+b; y = ax2 +bx+c; y = sinx
funksiyalarından istifadə etmək olar?
• Arqument və funksiyanın
cədvəl şəklində verilmiş qiymətlərinə görə
funksiyanın düsturunu bərpa etmək olarmı?
FƏALİYYƏT
Aşağıdakı cədvəldə Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin məlumatına əsasən, ölkəmizdə 18 il ərzində pambıq
istehsalının dinamikası göstərilib. Cədvəli təhlil edin və 2017-ci
ildə pambıq yığımı haqqında proqnozunuzu söyləyin. Sonra
www.stat.gov.az saytından 2017-ci il üçün faktik göstəricini tapın
və onu verdiyiniz proqnozla tutuşdurun. Cədvəli qrafik şəkildə
təqdim edin.
- Qrafik qurarkən diaqramın hansı növündən istifadə etdiniz?
Statistika böyük miqdarda
kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçülməsi və
təhlili ilə bağlı elm sahəsidir. Onun tibbi statistika, iqtisadi
statistika, təhsil statistikası və başqa istiqamətləri vardır.
Statistikanın riyazi aparatının işlənib hazırlanması ilə
riyazi statistika elmi
məşğul olur.
Statistika, sadəcə, verilənlərin toplanması və onların cədvəl və
diaqramlar şəklində nizamlanması deyil, bundan çox-çox geniş
anlayışdır. İstər təbiət, istərsə də sosial elmlərdə bir çox
istiqamətlər üzrə
proqnozlaşdırma üçün
statistika əvəzsiz alətdir.
Proqnoz müəyyən bir
hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən
məlumatdır. Yeni bir bilik kimi proqnoz bir tərəfdən gerçəkdə mövcud
olan, proqnozlaşdırma müddətində müşahidə edilən və ya edilməyən
obyektlərin xassələri haqqında bilikləri, digər tərəfdən
proqnozlaşdırma müddətində gerçəkdə mövcud