2.4
PROQRAMLAŞDIRMA DİLLƏRİNİN KÖMƏYİ İLƏ RİYAZİ MƏSƏLƏLƏRİN
MODELLƏŞDİRİLMƏSİ
• ALPLogo və Python
proqramlaşdırma mühitlərində hansı növ məsələlər həll etmişsiniz?
• Proqramlaşdırma dilindəki
proqramı hansısa prosesin kompüter modeli hesab etmək olarmı?
FƏALİYYƏT
Aşağıdakı proqram kodunu təhlil edin. Onun hansı prosesi
modelləşdirdiyini müəyyənləşdirin. Bu proqramın kompüterdə
icrasından sonra ekrana nə çıxarılacaq?
from math
import sqrt
from math
import pi
tip = input("
Fiqurun adını daxil edin:"
)
if tip ==
"üçbucaq"
:
a= float(input(
"a tərəfini daxil edin:" ))
b= float(input(
"b tərəfini daxil edin:" ))
c= float(input(
"c tərəfini daxil edin:" ))
p= (a + b + c)/2
s= sqrt((p*(p-a)*(p-b)*(p-c)))
elif tip ==
"düzbucaqlı":
a = float(input("a tərəfini daxil edin:"
))
b= float(input(
" b tərəfini daxil edin:"
))
s = a * b
elif tip ==
"dairə":
r = float(input(
"r radiusunu daxil edin:" ))
s = pi*(r**2)
print(s)
Ötən dərslərdə elektron cədvəl proqramı vasitəsilə kompüter modelinin qurulması
ilə tanış oldunuz. Bu məqsədlə başqa vasitələrdən də (məsələn: proqramlaşdırma
dillərindən) istifadə etmək olar.