3.1
LAYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ
Bu gün qəzet və jurnallarda, radio və televiziyaların efirində,
veb-saytlarda “alqoritm”, “sistem”, “informasiya
texnologiyaları” kimi sözlərlə yanaşı, “layihə” sözünə də
tez-tez rast gəlinir.
• Sizcə, verilmiş xəritə
hansı layihəni təsvir edir?
• Daha hansı layihələr
barədə eşitmişsiniz?
FƏALİYYƏT
Kompüterdə məsələ həlli prosesinin mərhələlərini yada salın.
("İnformatika-7" dərsliyində "Kompüterdə məsələlərin həlli" mövzusu.
Dərsliyin elektron versiyasını
trims.edu.az
saytından əldə edə bilərsiniz.)
1. Məsələnin
qoyuluşu
2. Riyazi modelin
qurulması
3. Alqoritmləşdirmə
6. Nəticələrin
təhlili
5. Sazlama
4. Proqramlaşdırma
- Hansı mərhələlər kompüterdə yerinə yetirilir?
- Sazlama mərhələsinin mahiyyəti nədən ibarətdir?
Layihə (project) məhdud
zaman və resurs çərçivəsində bənzərsiz məhsul, yaxud xidmət yaratmaq
üçün məqsədyönlü fəaliyyətdir. Müxtəlif növ layihələr vardır və
layihənin hansı növə aid edilməsi təsnifatın nəyə əsasən
aparılmasından asılıdır. Adətən, layihələri insanların fəaliyyət
sahəsinə, icra müddətinə, mürəkkəbliyinə, miqyasına və başqa
əlamətlərə görə təsnif edirlər.
Fəaliyyət sahəsinə görə layihələr təşkilati, texniki, sosial,
iqtisadi
və başqa layihələrə ayrılır. Çox zaman layihə qarışıq tipli olur;
məsələn, magistral yolların tikintisi təkcə texniki layihə deyil,
həm də iqtisadi layihədir, çünki regionların iqtisadi inkişaf
problemlərini həll edir. Televiziya layihəsi məzmun cəhətdən sosial
ola bilər, kanalın iqtisadi məsələlərini həll etdiyindən onu
iqtisadi layihə də hesab etmək olar.