3.2
VERİLƏNLƏR BAZASININ LAYİHƏNDİRİLMƏSİ
Bu, Nyu-York Kütləvi Kitabxanasının (New York Public Library)
oxu zallarından biridir.
• Sizə "Kitabxana" verilənlər
bazasını yaratmaq tapşırılsa,
orada
hansı cədvəllərin olmasını
vacib hesab edərsiniz?
FƏALİYYƏT
Sxemdə örnək verilənlər bazasının cədvəlləri və onlar arasındakı əlaqələr göstərilmişdir.
- Verilənlər bazası hansı cədvəllərdən ibarətdir?
- Hər bir cədvəldə açar sahələr hansıdır?
Hər bir informasiya sisteminin əsasını verilənlər bazası təşkil edir. Ötən tədris ilində
Microsoft Office Access 2007 verilənlər bazasının idarəedilməsi sistemi ilə tanış
olmusunuz. Bu bölümdə müxtəlif mövzularda sadə verilənlər bazaları işləyib-hazırlayacaqsınız.