3.3
"TƏLƏBƏLƏR" VERİLƏNLƏR BAZASI LAYİHƏSİ
• Sizə məktəbinizin məlumat bazasını hazırlamaq tapşırılsa
idi, həmin bazaya şagirdlər haqqında hansı məlumatları daxil
edərdiniz?
FƏALİYYƏT
Microsoft Access 2007 proqramında "Tələbələr" adlı verilənlər bazası və həmin baza
tərkibində strukturu aşağıdakı kimi olan eyniadlı cədvəl yaradın
"Tələbələr" cədvəlinin strukturu
Açar sahə
|
Sahənin adı
|
Verilənin tipi
|
#
|
TələbəKodu
Soyadı
Adı
AtasınınAdı
Təvəllüdü
ÜmumtəhsilMəktəbi
Sinif
Bitirdiyiİl
Qəbullli
QəbulBalı
|
AutoNumber
Text
Text
Text
Date/Time
Text
Text
Number
Number
Number
|
- Bu struktura daha hansı sahələrin əlavə olunmasını zəruri hesab edirsiniz?
- Cədvəlin hansı sahələrinin qiymətləri ayrı-ayrı tələbələrdə eyni ola bilər?
- Əgər bu bazanı yalnız öz məktəbinizin məzunları ilə bağlı yaratsa idiniz, cədvəldəki
hansı sahəni artıq hesab edərdiniz?
Tutaq ki, müxtəlifillərdə məktəbinizi bitirmiş, ali və ya orta ixtisas məktəblərinə
qəbul olmuş məzunlarla bağlı baza yaratmalısınız. Bunun üçün öncə yaratdığınız
"Tələbələr" cədvəlinin strukturunu bir daha diqqətlə təhlil edək.