3.4
"AZƏRBAYCAN KİNOSU" VERİLƏNLƏR BAZASI
Bu şəkil "Azərbaycanfilm" kinostudiyasında 1975-ci ildə çəkilmiş
"Dədə Qorqud" filmindəndir. Filmin ssenari müəllifi Anar,
quruluşçu rejissoru Tofiq Tağızadədir.
• Şəkildə filmin hansı
personajlarıdır?
• Dədə Qorqud
oğuzların hansı
boyundan idi?
FƏALİYYƏT
Mətn redaktorunda belə bir cədvəl hazırlayın və onun boş xanalarını
doldurun.
Azərbaycanın tarixi filmlər
№ |
Filmin adı |
Tarixi dövr |
Baş qəhrəmanlar |
1 |
|
|
|
2 |
|
|
|
3 |
|
|
|
4 |
|
|
|
5 |
|
|
|
- Filmlər haqqında daha dolğun məlumat almaq üçün cədvələ daha hansı
sütunları əlavə edərdiniz?
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər
"Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq
gəzintisi", "Qafqaz rəqsi" və başqa xronika süjetləri, eləcə də "İlişdin" bədii kinosüjeti idi. Bu tarixdən 1935-ci ilədək Azərbaycanda çəkilmiş filmlər səssiz olmuşdur.
1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ilə birgə
yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin
istehsalına başlanıldı.
Bu mövzuda "Azərbaycan kinosu" adlı verilənlər bazası yaradacağıq. Öncə həmin
bazada hansı cədvəllərin olacağını və həmin cədvəllərin hansı sahələrdən ibarət
olacağını müəyyənləşdirək. Birincisi, belə bir bazada əsas cədvəlin filmlər haqqında
ümumi informasiyanı özündə saxlaması təbiidir. İkincisi, hər hansı film haqqında
danışarkən, ilk növbədə, onun rejissorunun kim olması sualı yaranır. Nəhayət, hər
bir filmin uğuru aktyorların oyunundan çox asılıdır. Əlbəttə, hər hansı filmin uğuru