• Verilmiş sxemlərdə hansı
şəbəkə topologiyalan təsvir edilib?
• Daha hansı şəbəkə
topologiyalarını tanıyırsınız?
FƏALİYYƏT
Tutaq ki, sizə çox da böyük olmayan bir şirkətin kompüter şəbəkəsini
qurmaq tapşırılıb. Şirkətin ofisinin sxemi aşağıdakı kimidir:
Toplantı otağı
A şöbəsi
Direktor
Şəbəkə inzibatçısı
B şöbəsi
Baş mühasib
- Daha az kabel işlənməsi üçün hansı şəbəkə topologiyasından
istifadə edərdiniz?
-İşin səmərəli təşkili üçün neçə printerə ehtiyac var və onları hansı
otaqlarda yerləşdirərdiniz?
Kompüter şəbəkələrinin qurulmasında ən vacib məsələlərdən biri düzgün şəbəkə
arxitekturasının seçilməsidir. Şəbəkə arxitekturası dedikdə işlək şəbəkənin qurulması üçün zəruri olan
standartlar, topologiyalar və protokollar toplusu nəzərdə tutulur. Şəbəkə texnologiyalarının inkişafı dövründə
çoxlu sayda müxtəlif arxitekturalar işlənib-hazırlanmışdır. Onlardan bəzisindən indi istifadə olunmur, ancaq
Ethernet kimi texnologiyalar nəinki aktiv istifadə olunur, həm də
daim təkmilləşdirilir.
"Ethernet" ("ezernet" kimi tələffüz olunur) termini ingilis
dilindəki "ether" ("efir")
və "network" ("şəbəkə") sözlərindən olub hərfi tərcüməsi "efir
şəbəkəsi" və ya